"Gürcüstan hakimiyyəti dinc, ağıllı siyasət yürütməklə
ərazi bütövlüyünü bərpa etməyi planlaşdırır".
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Cənubi Osetiyada
hərbi əməliyyatların başlamasının 14-cü ildönümü münasibətilə
bildirib.
“Biz ərazi bütövlüyümüzü bərpa edəcək və ölkəni
birləşdirməklə dinc, ağıllı siyasət yolu tutacağıq. Biz məqsədimizə
- Gürcüstanın birləşdirilməsinə nail olacağımıza
inanırıq!”, - o feybukda yazıb.