"Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik" – Azərbaycan XİN
“Azərbaycan Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri ilə dəstəkləyir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə açıqlayıb.

"Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdir", - XİN bildirib.

Mənbə: report.az
Print