Marneulidə Ağmaşenebeli küçəsinin bərpası üçün 2 625 126 lari xərclənməsi planlaşdırılır
Marneuli şəhərində Ağmaşenebeli küçəsində təmir işləri aparılacaq. Marneuli yerli özünüidarəsi küçənin təmir işləri üçün 2 625 126 lari dəyərində tender elan edib.

“Ağmaşenebeli küçəsi şəhərin sənaye hissəsində, mərkəzi bazar ərazisində yerləşir və bu şəhərin ən yüklü hissələrindən biridir. Bundan əlavə küçə Avtomobil Yolları Departamenti tərəfindən yeni bərpa edilmiş Marneuli-Algeti-Lomtaqora Avtomobil yolu ilə yeganə əlaqədir. Bu Qırmızı Körpü və Rustavi istiqamətində qısa yoldur. Müvafiq olaraq, layihənin həyata keçirilməsindən sonra bu yolda nəqliyyatın sayı kifayət qədər artacaq. Küçəyə çəkiləcək asfalt qatı bu gün sıradan çıxmış vəziyyətdədir, çatlar, çuxurlar nəzərə çarpır. Buna ötən illərdə küçədə həyata keçirilmiş su təchizatı şəbəkəsinin bərpası işləri nəticəsində qazılmış quyuların təmir edilməməsi və çınqılla doldurulmuş çuxurlar da əlavə olunur”,
– Ağmaşenebeli küçəsinin bərpa layihəsində qeyd olunub.

Layihə sənədlərinə görə, küçədə kanalizasiya şəbəkəsi yoxdur. Bu yağış zamanı əlavə problem yaradır. Yerli özünüidarə 2 625 126 lariyə Ağmaşenebeli küçəsindəki asfalt qatını təmizləyəcək, toplu şəkildə daşıyacaq və bundan sonra yeni asfalt qatı çəkiləcək. Küçənin hər iki tərəfində piyadalar üçün cığır yaradılacaq. Onun eni 1,5 metr olacaq. Bağlantılar və həyətə girişlərə də asfalt qatının çəkilməsi planlaşdırılır.

Marneuli yerli özünüidarəsi Ağmaşenebeli küçəsinin təmir işləri üçün tenderi 17 avqustda elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər üçün 3 sentyabrdan qəbul başlayıb və 9 sentyabra qədər davam edəcək. Tender sənədlərinə görə, qalib şirkət müqavilə bağlandıqdan 180 gün ərzində işlərə başlamalıdır.

Print Email
FaceBook Twitter Google