Kolleclərdə qəbul imtahanları necə qiymətləndirilir
Bu gün, 8 sentyabr tarixində peşə kolleclərində peşə proqramlarında təhsili davam etdirmək istəyənlər üçün imtahanlar başa çatır. Marneuli İctimai Kollecinin direktor müavini Zviad Ardzenadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, imtahanlara qeydiyyat müddəti 22 avqustda başa çatıb.

“Qiymətləndirmə və Milli İmtahanlar Mərləzi peşə proqramlarına qeydiyyatdan keçmiş şəxslər üçün imtahan həyata keçirir. Müxtəlif proqramlar üzrə müxtəlif fənnlər üzrə imtahan verilir. Məsələn, tibb bacısı təhsili üçün biologiya-kimyadan imtahan verilir və dördüncü pillə proqramlarına, ofis işi, dayə və başqa bu kimi proqramlara kəmiyyət savadlılığından imtahan verilir. Bu imtahanlar nəticəsində tələbələr müxtəlif peşə proqramlarına qəbul olur və müvafiq olaraq tələbə statusu alırlar”.

Zviad Adzenanadzenin sözlərinə görə, yalnız 9-cu sinif təhsili tələb olunan proqramlara müvafiq olaraq 9-cu sinifin proqramından imtahan olub. Orta təhsilin tam pilləsini başa vurmağı tələb edən proqramlara imtahan 12-ci sinif də daxil olmaqla materiallardan idi.

“İndi Marneulidə, üç imtahan mərkəzi var - “Modus”, “Marneuli İctimai Kolleci” və “Marneuli kolleci”. Kvemo Kartlidə qeydiyyatdan keçmiş aplikantlar imtahanı 6, 7 və 8 sentyabrda həmin mərkəzlərdə imtahan verəcəklər. İmtahan prosesi başa çatdıqdan sonra təxminən 10 sentyabrda reytinq siyahıları yerləşdiriləcək və həmin reytqina siyahısından hansı tələbənin hansı proqrama, hansı kollece düşdüyü müəyyən olunacaq. Gürcü dilini bilməyən, erməni və Azərbaycan dilli aplikantlar da imtahan verir. Eləcə də qeyd etmək lazımdır ki, imtahanı yalnız ötən il və ya bu il məktəbi bitimirş şəxslər deyil həm də böyüklər, 40-50 yaşlı adamlar da verir. Məsələn, dayə proqramına Marneuli uşaq bağçalarında işləyən heyət kütləvi qeydiyyatdan keçib, onlar kompetensiyalarını daha da artırmaq istəyirlər”.

Marneuli İctimai Kollecinin direktor müavininin sözlərinə görə, bu il bütün proqramlara tələb artıb. O, qeyd edir ki, onun kollecində ümumilikdə 100 tələbə qəbul olunacaq, təhsil almaq üçün isə 225 şəxs qeydiyyatdan keçib.

“Bu il bütün kolleclərdə kifayət qədər rəqabət var idi. İmtahan balları adi şəkildə bölünüb, minimal keçidlər qoyulub və olduqca aşağıdır. Əksər hallarda keçid asandır. Kim həmin minimal keçidi aşarsa onun balları sənədə uyğun olur və buna əsasən qəbul olurlar. Məsələn, əgər konkret proqramdasınızsa və yalnız 10 yer varsa, imtahanda minimal keçidi 15 nəfər keçibsə ən yüksək bal toplamış həmin 10 tələbə təhsilə başlayacaq”.

Gürcüstan miqyasında peşə kolleclərində peşə proqramlarına ümumilikdə 17 000 yer var. Aplikantların sayı isə 24 000-dir.

Print Email
FaceBook Twitter Google