Sosial Ədalət Mərkəzi Dəllər (Muşevani) kənd əhalisinin etirazına münasibət bildirib
Sosial Ədalət Mərkəzi Bolnisi bələdiyyəsinin Dəllər (Muşevani) kənd əhalisinin kəndə yaxın, təxminən 800 metr məsafədə, açıq karyer qaydası və partlayış yolu ilə filiz axtraşına etiraz etməsinə münasibət bildirib. Təşkilatın açıqlamasına görə, dövlətin əhalinin ekoloji və sosial narahatçılığını nəzərə alması, „RMG GOLD“ və „RMG Copper“-ə lisenziya vermə prosesində əhalinin demokratik, real iştirakını təmin etməsi mühümdür.

“İctimaiyyətə məlum olduğu kimi „RMG GOLD“ və „RMG Copper“ şirkətinin 2042-ci ilə qədər Bolnisi və Dmanisi bələdiyyəsində dövlətdən faydalı qazıntıların kəşfiyyatı və çıxarılması üçün lisenziya alıb. Baxmayaraq ki, mövcud lisenziyalar artıq yüzlərlər hektar ərazini əhatə edir. Şirkət istəyir ki, bu dəfə Bolnisi bələdiyyəsinin Dəllər (Muşevani) kəndini axtarış məkanına çevirsin. Şirkət hələ 2011-ci ildən “Qafqaz Dağ Qrupu” MMC-yə verilmiş “Muşevani 2”-nin lisenziyasından istifadə etməyi planlaşdırır. MMC lisenziyanı icarə ilə alıb. RMG 11 hektardan artıq ərazini mənimsəməyi və açıq karyer qaydası ilə qızıl-mis axtarışı aparmağı planlaşdırır. Bunun üçün o qərar qəbul etmək üçün artıq Ətraf Mühitin Milli Agentliyinə müraciət edib”.

Sosial Ədalət Mərkəzinin sözlərinə görə, Dəllər (Muşevani) kənd əhalisinin böyük hissəsi kənd yaxınında planlaşdırılmış işlər barədə 2022-ci ilin 14 iyulunda keçirilmiş ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatının ictimai müzakirəsindən biliblər. “Salam” təşkilatının köməyi ilə kənddə təşəbbüs qrupu yaradılıb. Qrup 28 iyulda kənddə imza, kəndin fikir və qeydlərini toplayıb və Ətraf Mühitin Milli Agentliyinə təqdim ediblər.

“Dəllər (Muşevani) kənd sakinləri üçün onların kənd ərazisində açıq karyer qaydası ilə qızıl axtarışı işləri qəbuledilməzdir. Çünki onu başqa kəndlər kimi ağır ekoloji və sosial risklərlər əlaqələndirirlər. 28 iyulda Agentliyə təqdim edilmiş məktubda qeyd olunub ki, layihə əhalinin başa düşəcəyi dildə tərcümə olunmayıb. Məktubu 217 nəfər imzalayıb. Eləcə də layihə sənədlərindən aydın olurdu ki, şirkət Dəllər (Muşevani) kəndində partlayış metodu ilə ildə 55 dəfə faydalı qazıntıların axtarışını planlaşdırır. Bununla yanaşı partlayış işləri əhalinin yaşayış evlərindən 800 metr aralıda həyata keçirilməlidir. Əhali buna qarşıdır. Əlavə olaraq, baxmayaraq ki, şirkətin açıqlamasına görə, təxminən 50 yerli sakinin işlə təmin edilməsi planlaşdırılır, yerli sakinlər üçün bu vəziyyət aydın deyildi, işlə təmin edilmək üçün kifayət qədər zəmanətlərdən ibarət deyildi”.

Sosial Ədalət Mərkəzi bildirir ki, RMG şirkəti əhalinin bir qismini çaşdırmağa cəhd edir və onlarla qeyri-müəyyən hüquqi məzmunlu “memorandum” bağlayır. Şirkət “memorandumla” kəndi içməli su ilə təmin etmək öhdəliyi götürür, əvəzində isə imza üçün kənd əhalisi ilə ünsiyyətdə yardım tələb edir.

“Memorandumda” şirkətin burada qızıl və mis axtarması aydın açıqlanmayıb. Məhz qeyd olunan məsələ bu gün müəyyən şəxslərin RMG Copper-ə qarşı çıxan əhalinin münaqişəsinə səbəb olub. Onların sözlərinə görə, şirkət su və qaz təminatına vəd verib. Məhz buna görə onun fəaliyyətinə qarşı çıxmırlar. Əhalinin bugünkü imzaladığı petisiya/ərizədə qeyd olunub ki, onlar Dəllər (Muşevani) kəndində RMG Copper tərəfindən qızıl-mis yatağının işlənməsinə qarşıdırlar, müvafiq qurumlardan qərar qəbul olunan zaman yerli əhalinin mövqeyini nəzərə almağı tələb edirlər”, – təşkilatın bəyanatında deyilir.

Sosial Ədalət Mərkəzi dövlət qurumlarını əhalinin ehtiyacına uyğun olaraq, onların maraqlarını nəzərə almaq məqsədi ilə vaxtında və ədalətli ölçülər götürməyə çağırıb.

Print Email
FaceBook Twitter Google