Marneuli Mədəniyyət Mərkəzi uşaq tamaşasının premyerasına hazırlaşır
15 sentyabr tarixində Marneuli Mədəniyyət Mərkəzində “Luna və atəşböcəklər planeti” kukla tamaşasının premyerası baş tutacaq. Tamaşada bir ailənin hekayəsi təqdim olunub. Ailədə sehrli sərgüzəştlər baş verir. Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvilinin sözlərinə görə, tamaşa 7-10 yaşa qədər uşaqlar və onların valideynləri üçün nəzərdə tutulub.

“Sabah premyera olacaq. Qapalı nümayişdir. Bundan sonra açıq nümayişlər başlayacaq, üç gün şəhərdə göstəriləcək və sonra kəndlərdə nümayiş olunacaq. Tamaşa uşaqlar və valideynlər üçün nəzərdə tutulub”, – Nato Şavişvili bildirdi.

“Luna və atəşböcəkləri planeti” tamaşası BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin, Marneuli Mədəniyyət Mərkəzinin əməkdaşlığı və Avropa İttifaqının dəstəyi ilə keçiriləcək.

Marneuli Mədəniyyət Mərkəzində 16, 17, 19 sentyabr tarixlərində, gündə iki dəfə, saat 12:00 və 15:00-da nümayiş olunacaq pyes uşaq kitabı “Luna və atəşböcəkləri planeti” əsasında hazırlanıb. Kitabın müəllifi yazıçı Davit Qorqiladzedir.

Print Email
FaceBook Twitter Google