Batumi magistralının tikintisi ləngiyir.
Layihə ilə bağlı BM.GE Avtomobil Yolları İdarəsindən ictimai
məlumat tələb edib.
Onların sözlərinə görə, Batumi dolama yolunun km-1+000 - km13+325
hissəsində tikinti işləri 2022-ci il dekabrın 31-də başa çatmalı
idi, lakin bu gün işlər yavaş sürətlə aparılır. Qurumun göndərdiyi
cavablarda sözügedən magistralın 330 milyon larilik hissəsinin
layihəsinin başa çatdırılması barədə məlumat verilmir.
“İşlərin müqavilə dəyəri 329 630 734,78 laridir.
Hazırkı mərhələdə podratçı tərəfindən tələb olunan resursların
düzgün səfərbər edilməməsi səbəbindən tikinti işləri ləng gedir.
Podratçı şirkətə həm departament, həm də nəzarətçi şirkət
tərəfindən dəfələrlə xəbərdarlıq edilib və müqaviləyə uyğun
fəaliyyət göstərməsi tapşırılıb. Podratçı şirkət işlərin gedişatını
artırmaq üçün müvafiq tədbirlər görmədiyi halda, idarə müqavilədə
nəzərdə tutulmuş prosedurları həyata keçirəcək”, -
Avtomobil Yolları İdarəsi izah edib.
Agentlikdən verilən məlumata görə, Qriqoleti-Kobuleti avtomobil
yolunun tikinti işlərini “Polatyol&Mapa” BM həyata keçirir və
onun mərhələli şəkildə 2022-2023-cü illərdə başa çatdırılması
planlaşdırılır.
“Batumidən Qriqoletiyə qədər olan yola gəlincə, nəzərinizə
çatdırırıq ki, 2018-ci ildə Kobuleti dolama yolu istifadəyə verilib
və hazırda Qriqoleti-Kobuleti hissəsinin tikintisi davam edir, onun
mərhələlərlə tamamlanması 2022-2023ci illərdə planlaşdırılırdı.
E-70 Qriqoleti-Kobuleti dolama yolunun km00+000 - kml4+000
hissəsinin müqavilə dəyəri 228 721 622,00 lari təşkil
edir”, - Avtomobil Yolları İdarəsindən bildirilib.
Məlumat üçün: Agentliyin məlumatına görə, Batumi dolama yolu 13
kilometrlik hissəni əhatə edir. Layihə çərçivəsində 2 zolaqlı
asfalt-beton yol, 19 körpü keçidi, 4 yol qovşağı, 5 tunel və 57 su
kəməri çəkiləcək.