Meriya binasının bərpası üçün tenderin dəyərini 25 931 lari artırıblar – tender bununla beşinci dəfədir, elan edilib
Marneuli meriyasının binasının təmir-bərpa işləri üçün beşinci dəfə tender elan edilib. Təxminən yeddi aydır ki, yerli özünüidarə işlər üçün tenderləri nəticəsiz elan edir.

Meriyanın maliyyə-büdcə xidmətinin keçmiş rəhbəri Vüqar Məmmədov üç dəfə baş tutmayan tenderlə bağlı bildirmişdi ki, bələdiyyə tenderlərin pozulma səbəbini mütləq araşdıracaq, yenidən qiymətləndirmə edəcək və yeni tenderi güman ki, artırılmış dəyərlə elan edəcək.

Meriya binasının təmir-bərpa işləri ilə bağlı tenderin dəyərini avqust ayında 25 931 lari artırıblar. Ancaq tenderdə heç kim iştirak etməyib. Yeni tender həmin dəyərlə bu dəfə 22 sentyabr tarixində elan olunub. İştirak etmək istəyən şirkətlər 30 sentyabrdan 3 oktyabra qədər təkliflərini təqdim edə bilərlər. Qalib şirkət işləri müqavilə bağladıqdan sonra 120 gün ərzində təhvil verməlidir.

Layihəyə əsasən, birinci mərtəbədə əhalinin ünsiyyət prosesinin asanlaşdırılması məqsədi ilə dəftərxana otağı sahəsinin artırılması, aralıq bəndlə sahənin bölünməsi nəzərdə tutulub. Eləcə də birinci mərtəbədə layihə ilə dəhliz divarlarının boyanması və qapıların dəyişdirilməsi nəzərə alınıb. Birinci mərtəbədəki otaqların bəzilərində təmir işləri planlaşdırılır. İkinci mərtəbədə olan qovşaqların yenilənməsi və mövcud iş otağında yeni qovşağın qurulması, üçüncü mərtəbədə pilləkən divarlarının suvanması, rənglənməsi və s. nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google