KİV-in məlumatına görə, Putinin qismən səfərbərlik elan etməsindən sonra sentyabrın 22-də səhər saatlarına olan məlumata görə, Rusiyadan Gürcüstana 1511 avtomobil daxil olub
Forbes.ru Rusiya Gömrük Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 22-si səhər saat 06:00-a Zemo Larsi keçid məntəqəsində Rusiyadan Gürcüstana 1511 yüngül avtomobil daxil olub. Məlumata görə, Putinin səfərbərlik elan etməsindən bir gün əvvəl Rusiyadan Gürcüstana daxil olan avtomobillərin sayı 1261 olub, bu isə o deməkdir ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiyadan Gürcüstana daxil olan avtomobillərin sayı 250 ədəd artıb.

Bundan başqa, həmin dövrdə gecə saatlarında gözləyən avtomobillərin sayı 50-dən 300-ə qədər artıb.

“Forbes.ru”nun məlumatına görə, son 2 gündə Gürcüstanda mənzilə tələbat sentyabrın 19-u ilə müqayisədə 8 dəfə artıb.

Nəşrin məlumatına görə, xarici mehmanxanalara da tələbat artıb. Ostrovok.ru onlayn rezervasiya xidmətinin məlumatına görə, səfərbərlik günü olan sentyabrın 21-də MDB ölkələrində mehmanxana axtarışlarının sayı sentyabrın 19-u ilə müqayisədə 5 dəfə, rezervasiyaların sayı isə 2 dəfə artıb. Gürcüstanla yanaşı, Qırğızıstan və Qazaxıstanda ruslar sentyabrın 19-na nisbətən 8 dəfə, Ermənistanda isə 14 dəfə çox mənzil axtarırdılar. Serbiyada mehmanxanalara tələbat 6 dəfə, Türkiyədə isə 3 dəfə artıb. Sentyabrın 19-u ilə müqayisədə sentyabrın 21-nə real rezervasiyaların (alışların) sayı da Qırğızıstanda 5 dəfə, Qazaxıstanda 3,5 dəfə, Ermənistanda 3 dəfə, Özbəkistanda 2 dəfə artıb.

Print Email
FaceBook Twitter Google