Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra
Rusiyanı 261 min kişi tərk edib.
Bu barədə “Novaya qazeta. Yevropa” Rusiya Prezident
Administrasiyasındakı mənbəyinə istinadən xəbər verir.
Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin
bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk
edən kişilərin sayı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin
rəqəmləri bildirməsindən sonra başlayıb.
“Prezident Administrasiyasında elə bir atmosfer var ki,
təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan
çıxışı bağlamağa inandıra biləcək”, - Prezident
Administrasiyasının adı çəkilməyən rəsmisi qeyd edib.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya müdafiə naziri Sergey Şoyqu
qismən səfərbərlik çərçivəsində orduya 300 min nəfərin
çağırılacağını bildirmişdi.