Sentyabrın 26-dan rusiyalı kişilərin Gürcüstana girişi qadağan
oluna bilər.
Bu barədə Gürcüstan parlamentinin üzvü, müxalif siyasətçi Nona
Mamulaşvili Ukraynanın “Freedom” telekanalının efirində
bildirib.
N.Mamulaşvilinin sözlərinə görə, bir neçə gündür Gürcüstana gedən
Rusiya Federasiyası vətəndaşlarının axını böyük olaraq qalır.
Deputat qeyd edib ki, Gürcüstan hökuməti bu vəziyyətlə bağlı
hələlik heç bir tədbir görməyib. Eyni zamanda, o bildirib ki,
hakimiyyət bazar ertəsindən etibarən ölkə sərhədlərini bağlamağı
vəd edir.
“Bazar ertəsindən Gürcüstan 18 yaşdan 55 yaşa qədər
kişilər üçün sərhədləri bağlayır”, - deyən
Mamulaşvili bu qərarın hələ rəsmi olaraq verilmədiyini
vurğulayıb.