İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Ust-İlimsk şəhərində
gəncin hərbi komissarlıqda atəş açdığını,
hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevin ağır
yaralandığını, lakin ölmədiyini bildirib.
Bunu o, “Telegram”dakı səhifəsində yazıb.
Qubernatorun sözlərinə görə, hərbi komissar hazırda
reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparır.
İ.Kobzev deyib ki, hərbi komissara atəş açmaqda şübhəli bilinən
şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək.
Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı şəxs Ust-İlimsk
şəhər sakinidir.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin uyğun maddələri üzrə
cinayət işi başlanıb.
Hadisə yerində araşdırma aparılır.