Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər (gömrük) Xidməti Rusiya ilə
sərhəddə yerləşən “Yuxarı Lars” gömrük-keçid məntəqəsində yaranmış
sıxlıqla əlaqədar xüsusi iş rejiminə keçib.
Bölgədə nəqliyyat axınının artması səbəbi ilə Gürcüstanın bütün
gömrük-keçid məntəqələrində xüsusi iş rejiminə keçilib.
Gəlirlər Xidmətinin məlumatında bildirilib ki, gömrük
prosedurlarının 24 saat rejimində həyata keçirilməsi üçün
sərhəd-keçid məntəqələrində gömrük əməkdaşlarının sayı
artırılıb.
Qurumun məlumatında qeyd olunub ki, “Yuxarı Lars” gömrük-keçid
məntəqəsi vasitəsilə Rusiya istiqamətində hərəkət edən yük
maşınlarına gömrük nəzarəti prosedurları qismən yubanır.
Əlavə olunub ki, artan beynəlxalq yük dövriyyəsinin davamlılığını
təmin etmək məqsədilə Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq
gömrük idarələri ilə intensiv əlaqə saxlanılır.