Rusiyada silahlı şəxs məktəbdə 6 nəfəri öldürüb, özü isə intihar edib
Rusiyanın İjevsk şəhərində orta məktəbdə silahlı şəxs 6 nəfəri öldürüb, daha sonra intihar edib.

Ölənlərin dördü böyük, üçü isə uşaqdır.

Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məktəblilərin təxliyəsinin başa çatdığını qeyd edib.

Mənbə: apa.az
Print