Tbilisidə daşınmaz əmlak qiymətləri və satışının ən çox artdığı rayonlar
2022-ci ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə Tbilisidə kirayə haqqı 79% artıb. Bu barədə “TBS Capital”ın araşdırmasında qeyd olunur. Məlumata görə, bu ilin avqustunda icarə qiyməti 1 kv.m üçün 8,9 ABŞ dolları təşkil edir.

Satış qiymətinə gəlincə, daşınmaz əmlakın dəyəri hər il 27% artıb. 2022-ci ilin avqust ayına olan məlumata görə, paytaxtda 1 kvadratmetrin orta qiyməti 999 ABŞ dollarıdır.

Bundan əlavə, “TBS Capital”in məlumatına görə, hesabat dövründə Tbilisidə daşınmaz əmlak satışı 27% artıb. Bu ilin avqust ayında ümumilikdə 3610 əməliyyat qeydə alınıb.

Araşdırmaya görə, 2022-ci ilin avqust ayına olan məlumata görə, Tbilisidə daşınmaz əmlak satışının ən çox artdığı rayonlar bunlardır: Didi Diğomi - 80%, Krtsanisi - 79% və Saburtalo - 38%.

Dəyərinə gəlincə, avqustda Tbilisidə yaşayış daşınmaz əmlakının satış qiyməti ən çox artıb - Saburtalo rayonunda 31%, Qldani və Nadzaladevidə isə müvafiq olaraq, 30% və 28%.

Mənbə: BPN
Print