Marneuli İdman Məktəbinin yetirmələri Tbilisidə keçirilən turnirdə iştirak ediblər
24-25 sentyabr tarixlərində Tbilisidə Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir keçirilib. 2007-2008 və 2009-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən turnirdə Marneuli İdman Məktəbinin cüdoçuları da iştirak ediblər.

Marneuli İdman Məktəbinin verdiyi məlumata görə, məktəbin cüdoçuları turnirdə uğurla çıxış ediblər. Belə ki, bir idmançı ikinci, iki idmançı da üçüncü yerə çıxıblar.
  • İkinci yer - Beka Çkadua (məşqçi - Qiqla Tsipiani)
  • Üçüncü yer - Əli İsmayılov (məşqçi Rza Abbasov)
  • Üçüncü yer - Andro Papunaşvili (məşkçi Temur Jorjoliani)

"Marneuli" Radiosu
Print