Marneulili idmançı Əli Əhmədli İtaliyanın Roma şəhərində
yeniyetmələr arasında keçiriləcək boks üzrə Avropa birinciliyində
Gürcstanı təmsil edəcək.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Olimp İdman
Məktəbi”nin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev
məlumat verdi.
Onun sözlərinə görə, 2006-cı il təvəllüdlü Əli Əhmədli 46 kq. çəki
dərəcəsində mübarizə aparacaq. Yarış 27 sentyabr tarixində baş
tutacaq.
İdmançının məşqçiləri Roman Orucov və Röyal Qarabağlıdır.