Rusiya mətbuatı yazır ki, Rusiya Federal Təhlükəsizlik Xidməti
(FSB) Lars keçid məntəqəsində zirehli texnikanın göründüyünü
təsdiqləyib.
RBK-nın yazdığına görə, FSB bildirir ki, Yuxarı Larsda yeni
nəzarət-buraxılış məntəqəsi yaratmaq planı yoxdur, lakin hərbçilər
ehtiyata çağırılanların icazəsiz sərhədi keçməyə cəhd etməmələrini
yoxlayacaqlar.
“Zirehli transportyor həmin yerə hərəkət edir, lakin
keçid məntəqəsini idarə etmək üçün deyil, kobud desək, bu,
ehtiyatda olan hərbçilərin keçid məntəqəsini yarmaq və sərhəd
rəsmiyyətləri olmadan ölkəni tərk etmək istəməsi halında
sığortadır. Yalnız bu məqsədlə. Yeni buraxılış məntəqələri
planlaşdırılmır.
Keçid məntəqəsi adi qaydada işləyir, hərbi yaşda olan kişi
vətəndaşların çıxışına heç bir məhdudiyyət
qoyulmayıb”, - deyə RBK Şimali Osetiya FSB-nin Sərhəd
İdarəsinin şərhindən sitat gətirib.
Bu günlərdə Rusiyanın “Telegram-kanallarında” zirehli
transportyorların hərəkətini əks etdirən foto və videogörüntülər
yayılıb. “Telegram-kanalları”nda zirehli texnikanın Zemo Lars
sərhəd-keçid məntəqəsi yaxınlığında göründüyü yazılıb.