Ehtiyatda olan əsgərlərin icazəsiz sərhədi keçməməsi üçün Larsda zirehli transportyor yerləşdiriləcək - FSB
Rusiya mətbuatı yazır ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Lars keçid məntəqəsində zirehli texnikanın göründüyünü təsdiqləyib.

RBK-nın yazdığına görə, FSB bildirir ki, Yuxarı Larsda yeni nəzarət-buraxılış məntəqəsi yaratmaq planı yoxdur, lakin hərbçilər ehtiyata çağırılanların icazəsiz sərhədi keçməyə cəhd etməmələrini yoxlayacaqlar.

“Zirehli transportyor həmin yerə hərəkət edir, lakin keçid məntəqəsini idarə etmək üçün deyil, kobud desək, bu, ehtiyatda olan hərbçilərin keçid məntəqəsini yarmaq və sərhəd rəsmiyyətləri olmadan ölkəni tərk etmək istəməsi halında sığortadır. Yalnız bu məqsədlə. Yeni buraxılış məntəqələri planlaşdırılmır.

Keçid məntəqəsi adi qaydada işləyir, hərbi yaşda olan kişi vətəndaşların çıxışına heç bir məhdudiyyət qoyulmayıb”,
- deyə RBK Şimali Osetiya FSB-nin Sərhəd İdarəsinin şərhindən sitat gətirib.

Bu günlərdə Rusiyanın “Telegram-kanallarında” zirehli transportyorların hərəkətini əks etdirən foto və videogörüntülər yayılıb. “Telegram-kanalları”nda zirehli texnikanın Zemo Lars sərhəd-keçid məntəqəsi yaxınlığında göründüyü yazılıb.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google