Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 30 sentyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 10:30-dan 18:30-a kimi Marneuli şəhəri və rayonunun Yağılca yaşayış məntəqəsi Təzə Məhəllə, Naqornaya, Sovxoznaya, Qızılhacılı, Dəmiə, Yuxarı Saral, Aşağı Saral, Kirovka, Dəmiə Görarxı, Axlı Lələ, Şulaveri, Sadaxlı və ətraf kəndlərində elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google