"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə,
30 sentyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin
verilməsində fasilələr yaranacaq.
Şirkətdən verilən məlumata görə, bu gün saat 10:30-dan 18:30-a kimi
Marneuli şəhəri və rayonunun
Yağılca yaşayış məntəqəsi Təzə
Məhəllə, Naqornaya, Sovxoznaya, Qızılhacılı, Dəmiə, Yuxarı Saral,
Aşağı Saral, Kirovka, Dəmiə Görarxı, Axlı Lələ, Şulaveri, Sadaxlı
və ətraf kəndlərində elektrik enerjisinin verilməsi
müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge