Saakaşvili Lukaşenkoya: Nikolaşkaya [oğluna] sağlam və azad ata lazımdır
Mixeil Saakaşvili Suxumiyə “səfəri” ilə bağlı Aleksandr Lukaşenkoya müraciət edib və vəziyyətdən çıxmaq üçün hələ şansının olduğunu bildirib.

“İndi bu vəziyyətdən çıxmaq üçün hələ şansınız var. Əgər siz Abxaziyanı tanıyırsınızsa və xüsusən də sizin ərazinizdən Ukraynaya növbəti işğal cəhdi baş verərsə, siz ağıllı adam kimi başa düşməlisiniz ki, bu, son olacaq”,
- Saakaşvili Lukaşenkoya yazıb.

“Mən Nikolaşkanın [Lukaşenkonun oğlu] fotolarını görmüşəm, o, çox yaraşıqlı oğlandır. Fikirləşin ki, onun sağlam və azad ataya ehtiyacı var”, - Mixeil Saakaşvili Aleksandr Lukaşenkoya müraciət edib.
Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 28-də Abxaziyaya səfər edib. 2 gün əvvəl o, Moskvada olub və prezident Putinlə görüşüb.

Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjania ilə Bişvinti bağ evində görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyi Aleksandr Lukaşenkonun Abxaziyaya “səfərini” Gürcüstanın dövlət sərhədinin pozulması kimi pisləyib və Belarusu suveren dövlətin ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd hərəkətlər etməməyə çağırıb.

Belarus səfiri Anatoli Lis etiraz əlaməti olaraq Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Rəsmi qurumlar Belarus prezidentinə qarşı Gürcüstan qanunvericiliyinin pozulması faktı ilə bağlı cinayət işinin başlandığını açıqlamayıblar.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bildirib ki, Lukaşenkonun bu addımı Belarus xalqının iradəsini əks etdirmir.

Mənbə: Netgazeti
Print