Rustavidə oğurluq faktı
Rustavidə oğurluq faktı.

“İnfo Rustavi”nin məlumatına görə, 35 yaşlarında olan kişi Pirosmani küçəsində yerləşən ticarət obyektlərindən birinə girib, oradan kondisioner və iş alətlərini oğurlayıb.

Faktla bağlı polisə məlumat verilib. Aparılan araşdırmalar nəticəsində oğurluqda təqsirləndirilən şəxsin şəxsiyyəti müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu yaxalaya biliblər.

Faktla bağlı Mülki Məcəllənin 177-ci maddəsi ilə araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google