İctimai Yayımcının binası satılıb
Gürcüstan İctimai Televiziyasının binaları və torpaq sahəsi 65,1 milyon lariyə satılıb. Məlumatı sentyabrın 30-da İctimai Yayım “Birinci Kanal” yayıb.

Yayımçının qiyməti 65 000 000 lari olan əmlakı sentyabrın 1-də Dövlət Əmlakının İdarə Edilməsi Agentliyinin elektron hərracı vasitəsilə hərraca çıxarılıb. Maraqlanan şəxslər sentyabrın 30-u, saat 12:00-dək orada iştirak etmək imkanı əldə ediblər.

Televiziya şirkəti əvvəlcə Kostava küçəsi 68 ünvanında yerləşən binanı 40 milyon dollara satmağa cəhd edib. Alıcı görünməyəndən sonra yayımçı əmlakın qiymətini bir neçə dəfə aşağı salıb:
  • İlkin dəyəri 40 milyon dollar (lari ekvivalenti) olan ilk hərrac 16 iyun 2020-ci il tarixində 1 ay müddətinə elan edilmiş, lakin maraqlı tərəf tapılmamış və hərrac keçirilməmişdir;
  • İctimai Yayım Müəssisəsinin rəhbərliyi əmlakı təkrar hərracda 10% endirimlə 36 milyon dollara təklif edib, lakin hərrac yenidən baş tutmayıb;
  • Daşınmaz əmlak üçüncü dəfə daha 10% endirimlə 32,4 milyon dollara hərraca çıxarılıb.
  • Daha sonra bina 24 milyon dollara hərraca çıxarıldı, lakin bu dəfə də alıcı görünmədi;
Bu dəfə teleşirkətə məxsus daşınmaz əmlakın ilkin qiyməti təxminən 22,5 milyon ABŞ dolları olub. Hərraca 33 min 209 kvadratmetr torpaq sahəsi və 23 min 649 kvadratmetr tikili çıxarılıb.

Yayımcının yeni binası, Tbilisi, Politkovskaya küç. N31-də yerləşdirilməlidir. “Birinci Kanal”ın məlumatına görə, 2020-ci ilin dekabrında başlayan tikinti 2023-cü ilin dekabrında başa çatacaq.

Mənbə: Netgazeti
Print