Tamar Qabunianın sözlərinə görə, Luqar laboratoriyasının Müdafiə Nazirliyinə təhvil verilməsindən söhbət getmir
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri vəzifəsini icra edən Tamar Qabunianın sözlərinə görə, Luqari laboratoriyasında təşkilati dəyişiklikdən söhbət getmir.

Bununla o, jurnalistin “Luqari” laboratoriyasının Xəstəliklərə Nəzarət Milli Mərkəzindən ayrılaraq Müdafiə Nazirliyinin tabeliyinə verilməsinin nəzərdə tutulubmu sualını cavablandırıb. Qabunianın izah etdiyi kimi, onun bu barədə məlumatı yoxdur.

"Luqar laboratoriyası Xəstəliklərə Nəzarət Milli Mərkəzinin bir hissəsidir. Luqar laboratoriyasında təşkilati dəyişiklikdən söhbət getmir. Luqar laboratoriyası ölkənin istifadə etdiyi ictimai səhiyyə sistemi üçün çox mühüm dəstəkdir. Məndə bu haqda heç bir məlumat yoxdur", - deyə Qabunia bildirib.

Mənbə: İnterPressNews
Print