Amiran Qamkrelidze sistemdə qalsa da, mövqelər dəyişir - Tamar Qabunia
Mövqelər dəyişir, lakin cənab Amiran Qamkrelidze sistemdə qalır, - jurnalistlərin verdiyi müvafiq suala səhiyyə nazirinin müavini Tamar Qabunia belə cavab verib.

Məsələ burasındadır ki, NCDC-nin rəhbəri Amiran Qamkrelidze bir neçə ildən sonra, müəyyən layihələri bitirdikdən sonra vəzifəsini tərk edəcəyini bildirib.

“Mövqelər dəyişir, lakin sizə demək istəyirəm ki, cənab Amiran Qamkrelidze sistemdə qalır, o, bir neçə mühüm layihələr çərçivəsində Milli Xəstəliklərə Nəzarət Mərkəzində məsləhətçi kimi işləməyə davam edir və bizim ondan ekspert məsləhətlərini almaq imkanımız var. Cənab Amiran sistemdə qalır”, - deyə Tamar Qabunia bildirib.

Xatırlatma: Amiran Qamkrelidze bu ilin iyununda tutduğu vəzifədən istefa verib.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google