Sentyabr ayında ucuzlaşan məhsullar
“2022-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,8 faiz, illik inflyasiyanın səviyyəsi isə 11,5 faiz təşkil edib”, - Milli Statistika Xidməti bildirib.

“Business Press News” bu ilin sentyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ucuzlaşan 9 məhsulun siyahısını təqdim edib:

• Çuğundur - 15,1%
• Göyərti - 14,7%
• Badımcan - 12,7%
• Limon - 10,5%
• Kələm - 9,8%
• Kök - 9,3%
• Kartof - 8,6%
• Kivi - 8,1%
• Üzüm - 3,9%
Mənbə: BPN

Print