Rusiyadakı səfərbərliklə eyni vaxtda işğal olunmuş Abxaziyada hərbi çağırış başlayıb
İşğal olunmuş Abxaziyanın qondarma prezidenti Aslan Bjania vətəndaşların hərbi xidmətə çağırılması ilə bağlı sərəncam imzalayıb. Prezident sərəncamı 29 sentyabrda imzalayıb.

Sənəddə qeyd olunduğu kimi, 18 yaşdan 27 yaşadək ehtiyatda olmayan vətəndaşlar oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə cəlb olunurlar.

Qondarma Abxaziya Respublikasının Nazirlər Kabinetinə, rayonların və Suxumi şəhərinin administrasiyalarına Abxaziya Respublikası vətəndaşlarının hərbi xidmətə çağırılması və hərbi xidmətdən azad edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.


Mənbə: Publika
Print