Bidzina İvanişvilinin əmlak vəziyyəti necədir?
Oktyabrın 2-nə olan məlumata görə, Bidzina İvanişvili Bloomberg-in milyarderlər reytinqində 400-cü yerdədir.

Daha dəqiq desək, "Bloomberg" milyarder indeksinə görə, onun əmlakı 5,45 milyard dollar qiymətləndirilir. Bu, illik ifadədə 600 milyon dollar və ya 9,9% azalıb. 3 oktyabr 2021-ci il tarixinə onun sərvəti 5,92 milyard dollar olaraq qiymətləndirilirdi.

Bloomberg İvanişvilinin biznes fəaliyyətinin başlanğıcının və siyasi karyerasının qısa tarixinin təsvir olunduğu iş adamı haqqında kiçik məlumat daxil edib.

" İvanişvili postsovet Rusiyasında karyerasına 1990-cı illərdə dəmir filizi hasilatı, banklar və daşınmaz əmlaka sərmayə qoymaqla başlayıb. O, aktivlərinin çoxunu 2003-2006-cı illərdə, qalanını isə 2012-ci ildə Gürcüstanın baş naziri seçilməzdən əvvəl satıb. Bir il sonra o, istefa verdi”
, - nəşr yazır.

Forbes milyarderlərinin reytinqinə gəlincə, bu günə İvanişvilinin əmlakı 4,8 milyard dollar qiymətləndirilir. O, Forbes milyarderlər siyahısında 522-ci yerdədir.

Mənbə: İnterPressNews
Print