Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin
Avtomobil Yolları Departamenti daxili əhəmiyyətli
Marneuli-Tetritskaro-Tsalka avtomobil yolunun 16 km-lik hissəsində
bərpa işlərini davam etdirir.
Sözügedən bölmə Tetritskaro bələdiyyəsində, əhalinin sıx
məskunlaşdığı ərazidə yerləşir. Bərpa yolu Tsintskaro kəndindən
keçərək Koda-Partsxisi avtomobil yolu ilə birləşir.
Layihə yolun texniki göstəricilərinin yaxşılaşdırılmasını, yol
örtüyünün bərpasını, suötürücülərin və mövcud süni
konstruksiyaların təmirini və yenilərinin təşkilini; birləşmələrin,
sakinlərin həyətlərinə və avtobus dayanacaqlarına girişlərin
təşkili; Həmçinin yolun hərəkət hissəsinin nişanlanması və yol
nişanlarının düzülməsini nəzərdə tutur.
Layihənin dəyəri 8 699 999 lari təşkil edir və onun başa
çatdırılması 2023-cü ilin iyununda planlaşdırılır.