Marneuli-Tetriskaro-Tsalka yolunun bərpası nə vaxt başa çatacaq?
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti daxili əhəmiyyətli Marneuli-Tetritskaro-Tsalka avtomobil yolunun 16 km-lik hissəsində bərpa işlərini davam etdirir.

Sözügedən bölmə Tetritskaro bələdiyyəsində, əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir. Bərpa yolu Tsintskaro kəndindən keçərək Koda-Partsxisi avtomobil yolu ilə birləşir.

Layihə yolun texniki göstəricilərinin yaxşılaşdırılmasını, yol örtüyünün bərpasını, suötürücülərin və mövcud süni konstruksiyaların təmirini və yenilərinin təşkilini; birləşmələrin, sakinlərin həyətlərinə və avtobus dayanacaqlarına girişlərin təşkili; Həmçinin yolun hərəkət hissəsinin nişanlanması və yol nişanlarının düzülməsini nəzərdə tutur.

Layihənin dəyəri 8 699 999 lari təşkil edir və onun başa çatdırılması 2023-cü ilin iyununda planlaşdırılır.


Mənbə: BM
Print