Dövlət büdcəsinə 1,6 milyon lari ödəməkdən yayınan şəxs məsuliyyətə cəlb edilib
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Acarıstan vilayətində 1 nəfəri xüsusilə külli miqdarda qəsdən vergidən yayınma faktı üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediblər.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs faktiki idarə etdiyi şirkət vasitəsilə qanunsuz maddi vəsait əldə etmək məqsədilə vergi qanunvericiliyini pozaraq gəlirlərini sistematik olaraq düzgün bəyan etməmiş, bu yolla dövlətə ümumilikdə 1 milyon 616 min 371 lari ödəməkdən yayınmışdır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 218-ci maddəsinin 2-ci hissəsinə əsasən aparılır.

Mənbə: BM
Print