Marneulili Luka Andiaşvili ölkə miqyasında ən yaxşı 501 abituriyent
arasında yer alıb.
Marneuli 5 saylı ictimai məktəbinin məzunu vahid milli imtahanlarda
100% qrant qazanıb. Luka Qafqaz Universitetinin hüquq fakültəsində
tam maliyyələşdirmə ilə təhsil alacaq.
“Uşaqlıqdan öz gələcəyimi hüquq sahəsinə bağlamaq istəyirdim.
Universitetləri seçən zaman çox düşünmədim. Birmənalı şəkildə qərar
qəbul etdim ki, Qafqaz Universitetinə qəbul olum. Həqiqətən də
dillə ifadə olunacaq hiss deyil. Eşidirsən ki, ölkənin ən yaxşı 501
abiturieynti arasında yer alıbsan Abituriyentlərə məsləhət görürəm
ki, maksimum dərəcədə bu ildən səmərəli istifadə etsinlər və
məqsədlərinə doğru inamla addımlasınlar. Zəhmət həmişə nəticə
verir”, – Qafqaz Universitetinin yayımladığı
məlumatda qeyd olunub.
“Marneuli” radiosu 2 sentyabr tarixində Luka Andiaşvili ilə
müsahibə yazmışdı. O, bildirmişdi ki, uğura səbəb olan əsas amil
zəhmətdir. Ancaq öz bacarıqlarını göstərmək istədiyin, düzgün
seçilmiş ixtisas da ən az bunun qədər mühümdür.
Luka Andiaşvili müəyyən dövr ərzində xaricdə təhsil almağı da
planlaşdırır. Ancaq mütləq geri qayıdacağını və qazandığı biliyi öz
vətənində bölüşəcəyini deyir.