Müharibə başlayandan Gürcüstana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb
Rusiya ilə müharibənin başlamasından sonra 25 990 Ukrayna vətəndaşı Gürcüstana gəlib.

Bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib. Onun sözlərinə görə, Gürcüstana gələn ukraynalıların 6 980 nəfəri azyaşlılardır.

Kasyanov qeyd edib ki, Ukraynanın Gürcüstana yeni səfir təyin etməsi məsələsi ikitərəfli əlaqələrin gündəliyindədir. O, Gürcüstan və Ukrayna xarici işlər nazirlərinin bu məsələni müxtəlif formatlarda müzakirə etdiyini vurğulayıb.


Mənbə: apa.az


Print