Forbes – Rusiya vətəndaşları səfərbərlik elan edildikdən sonra hansı ölkələrə getdilər
Sentyabrın 21-də qismən səfərbərlik elan edildikdən sonra minlərlə insan Rusiyanı tərk etdi.

Onların bəziləri biletlərə yüz minlərlə rubl xərcləyib, bəziləri isə bu və ya digər ölkənin sərhəd-keçid məntəqəsində saatlarla, hətta günlərlə vaxt keçirib. Rusiyalı “Forbes” rusların ölkəni necə tərk etdiyini, qaçmaq üçün nə qədər xərclədiklərini və bu insanların gələcəkdə nə planlaşdırdıqlarını araşdırıb.

Sentyabrın 21-dən bu yana təxminən 700 min insan ölkəni tərk edib. Onların böyük bir hissəsi quru sərhədini keçib, bu baxımdan ən sıx olanlardan biri Yuxarı Lars keçid məntəqəsi idi ki, onların çoxu 4 və ya 5 gün qalmalı olur. Müqayisə üçün: İyun ayı ərzində Gürcüstana 90 min rusiyalı daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə altı dəfə çoxdur.

Ölkəni tərk edənlər Gürcüstandan başqa, Qazaxıstan, Özbəkistan, Ermənistan, Türkiyəni seçiblər - bu ölkələrə köçmək üçün onlar daha çox hava yolundan istifadə ediblər.

Qeyd edək ki, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində gediş haqqı 1,7 dəfə, Ermənistan, Özbəkistan və Qazaxıstanda isə 2,4 dəfə artıb.

“Forbes” yazır ki, bu ölkələrə gələn ruslar Avropaya getməyə çalışırlar.

Onların arasında beynəlxalq şirkətlərlə iş təcrübəsi olan və ingilis dilini B2 səviyyəsində bilən proqramçıların işə düzəlmək şansı ən yüksəkdir.

Mənbə: BPN
Print