"Axmeteli" və "Varketili" metro stansiyalarında əlavə turniketlər qurulacaq - Kaladze
Tbilisi metrosunun “Axmeteli” və “Varketili” stansiyalarında yeni turniketlər quraşdırılacaq. Bu barədə bələdiyyə məclisinin iclasında Tbilisinin meri Kaxa Kaladze məlumat verib.

Kaladzenin sözlərinə görə, sözügedən iki metro stansiyasında 7 çıxış var və yeni turniketlərin quraşdırılması ilə 9 çıxışı təşkil etmək mümkün olacaq.

“Bu, bizə 30% daha çox sərnişin daşımaq imkanı verəcək, əgər bu gün hər stansiya saatda 6300 sərnişini qəbul edə bilirsə, yeni turniketlər quraşdırıldıqdan sonra 8100-dən çox sərnişini qəbul etmək mümkün olacaq”. Bu, tutumu artıracaq, ona görə də pik saatlarda adıçəkilən metro stansiyalarında yuxarı vestibüldə artıq növbələr olmayacaq. Lakin bu, problemin qısamüddətli həllidir, bu layihənin həyata keçirilməsi üçün təxminən 5-6 ay vaxt lazımdır”,
- Kaladze bildirib.

Mənbə: BPN
Print