"Or nabici" mağazasında fiziki qarşıdurma baş verib. Sosial
şəbəkələrdə müştəri ilə mağaza işçiləri arasında fiziki
qarşıdurmanın görüntüləri yayılıb.
Mağaza işçisinin sözlərinə görə, davaya ilk olaraq müştəri
başlayıb, bu zaman başqa bir müştəri çəkiliş aparmağa başlayıb.
Onun sözlərinə görə, bu, dava edən müştərini daha da qəzəbləndirib
və işçilər arasında fiziki dava başlayıb.
“Absurd bir şey üstündə dava başladı, hansısa qız çəkiliş aparmağa
başladı və buna əsəbiləşdi və bir əli ilə hamıya, o cümlədən
işçilərə və çəkiliş aparan digər müştəriyə şillə vurdu. Sonra müdir
gəlib onu vurdu, indi xəstəxanadadır”, - videoda
mağaza işçisi deyir.
Məlumata görə, həmin şəxs xarici ölkə vətəndaşıdır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı
Cinayət Məcəlləsinin xuliqanlığı nəzərdə tutan 239-cu maddəsi ilə 1
nəfər saxlanılıb və istintaq başlanılıb.