Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 7 azyaşlı
saxlanılıb.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat
mərkəzindən məlumat verilib.
Belə ki, oktyabrın 3-də saat 03:30-da DSX-nin Sərhəd Qoşunlarının
“Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi
ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd
naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum
şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi
qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı
olmaqla 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət
sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.