Marneuli meriyası vətəndaş iştirakını gücləndirmək üçün Avropa Şurasının layihəsində iştirak edəcək
“Gürcüstanda yerli səviyyədə iştirakçı demokratiya və insan hüquqlarının gücləndirilməsi” layihəsi çərçivəsində Marneuli bələdiyyəsi və Avropa Şurası arasında memorandum bağlanıb.

Avropa Şurasının qeyd olunan layihəsinin nümayəndəsi Pelaqia Maxauri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Avropa Şurası və layihə çərçivəsində seçilmiş 15 bələdiyyə arasında 22 sentyabr tarixində memorandum bağlanıb.

“Memorandumda bir neçə istiqamət qeyd olunub və onlar çərçivəsində seçilmiş bələdiyyələrlə əməkdaşlıq olacaq. Əsasən üç istiqamətimiz var. Birinci bələdiyyələrə ekspert dəstəyidir, onlar qərarların qəbulu prosesində vətəndaşın iştirakının hüquqi, siyasi çərçivəni, eləcə də vətəndaş iştirakı formalarının həyata keçirilməsi təcrübəsini gücləndirsinlər. İkinci istiqamət odur ki, bələdiyyə orqanlarının, meriyaların, Bələdiyyə Məclislərinin əməkdaşlarının vətəndaş iştirakı ilə əlaqədar peşəkarlığının və bacarıqlarının gücləndirməsidir. Üçüncü istiqamət artıq məlumatlandırma səviyyəsinin artırılmasıdır. Bu bələdiyyə orqanı əmədaşlarının, eləcə də vətəndaş sektoru və vətəndaşların məlumatlandırılma səviyyəsinin vətəndaş iştirakı ilə əlaqədar artırılmasını nəzərdə tutur”
, – Pelaqia Maxauri bildirdi.

Avropa Şurasının “Gürcüstanda yerli səviyyədə iştirakçı demokratiya və insan hüquqlarının gücləndirilməsi” layihəsinin nümayəndəsi bildirdi ki, Marneuli bələdiyyəsi eləcə də layihədə iştirak edən digər bütün bələdiyyələrin seçilməsi açıq müsabiqə əsasında olub.

“Müsabiqə elan edilmişdi və meyarlar yazılmışdı. Bələdiyyələr həmin meyarları qane etməli idilər və eləcə də maraqlandıqlarına dair məktub təqdim etməli idilər. Meyarlar əsasən, bələdiyyənin vətəndaş iştirakı təcrübəsi istiqamətində güclənməyə ehtiyacı olduğu və bu ehtiyacların layihənin məqsədinə, imkanlarına nə dərəcədə uyğun gəlməsi ilə bağlı idi. Eləcə də bələdiyyələr müsabiqə üçün müraciətlərində bu istiqamətdə layihə ilə əməkdaşlıq etmək istədiklərini və bunun üçün hazır olduqlarını göstərməli idilər. Həmçinin, müvafiq resursların olmasına üstünlük verilirdi, burada insan resursları nəzərdə tutulur. Etnik azlıqların çox sayda nümayəndəsinin yaşadığı bələdiyyələr də üstünlük təşkil edirdi”.


Pelaqia Maxaurinin sözlərinə görə, memorandum layihə başa çatana, 2023-cü ilin sonuna qədər davam edəcək. O, “Marneuli” radiosunun Marneuli bələdiyyəsinin açıq olmaqda aşağı indeksinin və media nümayəndələrinin yerli özünüidarənin vəzifəli şəxslərindən müsahibə ala bilməməsi faktının layihənin gedişatına təsir edib-etməyəcəyi sualına münasibət bildirdi. Ancaq qeyd etdi ki, onlar üçün əsas odur ki, bələdiyyə tərəfindən layihədə iştirak etməyə hazırlıq var və memorandumları imzalamaq da bunu göstərir. Maxauri ümid edir ki, Avropa Şurası və Marneuli bələdiyyəsinin əməkdaşlığı uğurlu olacaq.

Print Email
FaceBook Twitter Google