Polşa, Slovakiya və Kanada heyətinin səfəri meriyaya 26 237 lariyə başa gəlib

Polşa, Slovakiya və Kanada heyətinin səfəri

Marneuli meriyasına 26 237 lariyə başa gəlib. Rəsmi səfərdə olan qonaqlara restoran xidmətini yerli özünüidarə sadələşdirilmiş qaydada alıb.
Cari ilin 30 sentyabrında bələdiyyə qonaqları Marneulidə yerləşən “Sadğeqrdzelo” restoranına aparıb və fərdi sahibkar Vladimer Kimadze ilə 9002 lari dəyərində müqavilə bağlayıb. Meriya 1 oktyabrda qonaqları həmin restorana yenə aparıb və 8842 lari xərcləyib. Büdcədən pul ayrılması tələbi ilə Marneuli meri Kənan Ömərova İnzibati Xidmətin rəhbəri (müvəqqəti səlahiyyətləri icra edən) Mamuka Şubitidze müraciət edib.

“Bildiyiniz kimi, cari ilin 30 sentyabrında üç gün ərzndə Marneuli bələdiyyəsi Polşa, Slovakiya, Litva, Azərbaycan və Kanada heyətinə ev sahibliyi edəcək. 30.09.2022- 02.10.2022 ərzində rəsmi işgüzar görüşlər baş tutacaq və müxtəlif tədbirlər keçiriləcək. Buradan irəli gələrək, səfər çərçivəsində qonaqların mehmanxanaya yerləşdirilməsinə (səhər yeməyi də daxil olmaqla), tərcüməçi xidmətinə və üç gün ərzində heyətlərin nahar, şam yeməyi ilə təmin edilməsinə ehtiyac var. Qeyd olunanlar Marneuli bələdiyyəsinin tanıdılmasına, memorandum çərçivəsində dost bələdiyyələrlə əlaqələrin möhkəmləndirilməsinə və gələcək mədəni-iqtisadi münasibətlərin dərinləşdirilməsinə xidmət göstərir”.

Heyətlərin səfəri çərçivəsində meriya eləcə də restoran xidmətinə (4052 lari) görə “GMT Mtasminda” MMC və KİLİM MMC-yə də 4 341 lari ödəyib.

Kanada, Polşa və Slovakiya Respulikalarının heyətləri Marneuli bələdiyyəsinə rəsmi səfərə 30 sentyabrda gəliblər.

Heyəti Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputat Zaur Darğallı, Marneuli meriyasının meri Kənan Ömərov və yerli özünüidarənin rəhbər şəxsləri qarşılayıblar.


"Marneuli" Radiosu

 

Print Email
FaceBook Twitter Google