Polşa, Slovakiya və Kanada heyətinin səfəri
Marneuli meriyasına 26 237 lariyə başa gəlib. Rəsmi səfərdə olan
qonaqlara restoran xidmətini yerli özünüidarə sadələşdirilmiş
qaydada alıb.
Cari ilin 30 sentyabrında bələdiyyə qonaqları Marneulidə yerləşən
“Sadğeqrdzelo” restoranına aparıb və fərdi sahibkar Vladimer
Kimadze ilə 9002 lari dəyərində müqavilə bağlayıb. Meriya 1
oktyabrda qonaqları həmin restorana yenə aparıb və 8842 lari
xərcləyib. Büdcədən pul ayrılması tələbi ilə Marneuli meri Kənan
Ömərova İnzibati Xidmətin rəhbəri (müvəqqəti səlahiyyətləri icra
edən) Mamuka Şubitidze müraciət edib.
“Bildiyiniz kimi, cari ilin 30 sentyabrında üç gün ərzndə
Marneuli bələdiyyəsi Polşa, Slovakiya, Litva, Azərbaycan və Kanada
heyətinə ev sahibliyi edəcək. 30.09.2022- 02.10.2022 ərzində rəsmi
işgüzar görüşlər baş tutacaq və müxtəlif tədbirlər keçiriləcək.
Buradan irəli gələrək, səfər çərçivəsində qonaqların mehmanxanaya
yerləşdirilməsinə (səhər yeməyi də daxil olmaqla), tərcüməçi
xidmətinə və üç gün ərzində heyətlərin nahar, şam yeməyi ilə təmin
edilməsinə ehtiyac var. Qeyd olunanlar Marneuli bələdiyyəsinin
tanıdılmasına, memorandum çərçivəsində dost bələdiyyələrlə
əlaqələrin möhkəmləndirilməsinə və gələcək mədəni-iqtisadi
münasibətlərin dərinləşdirilməsinə xidmət göstərir”.
Heyətlərin səfəri çərçivəsində meriya eləcə də restoran xidmətinə
(4052 lari) görə “GMT Mtasminda” MMC və KİLİM MMC-yə də 4 341 lari
ödəyib.
Kanada, Polşa və Slovakiya Respulikalarının heyətləri Marneuli
bələdiyyəsinə rəsmi səfərə 30 sentyabrda gəliblər.
Heyəti Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan
Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən majoritar
deputat Zaur Darğallı, Marneuli meriyasının meri Kənan Ömərov və
yerli özünüidarənin rəhbər şəxsləri qarşılayıblar.
"Marneuli"
Radiosu