Qadağaya rəğmən küçə ticarəti – foto Marneuli bazarından
Marneuli bazarı ərazisində küçə ticarəti səkkiz ay əvvəl qadağan olunub. Buna baxmayaraq, küçə ticarətçiləri yenidən qadağan edilmiş ərazidə dururlar və bazarın daxili ərazisinə keçmirlər.

Küçə ticarətçilərinin ətrafında əksər hallarda antisanitariya hökm sürür. Meriyanın Nəzarət Xidmətinin xəbərdarlıqlarına baxmayaraq, onlar yerlərini dəyişmək istəmirlər və buna səbəb olaraq “çörək pulu qazanmalarını” qeyd edirlər.

“Meriya xəbərdarlıq edib, amma nə edək, acından ölməliyik? Ayda 2 min larinin kreditini ödəyirəm. Diabet xəstəsiyəm. Mənim piştaxtamda qutular dururdu, aparıblar. Məhsulum da nə var idi, buraya atıblar, gecə donub. Belə etmək olarmı, olmazsa, gəlib səhər deyərdilər ki, piştaxtanı açma, burada ticarət olmaz.Mən də ərzaqları nisyə götürürəm. İndi 3 min larini haradan alım, necə ödəyim? O zaman meriya ziyanı ödəsin”, - Ramiz Hüseynov bildirdi.

“İş yerləri yoxdur. Kirayə qalırıq, heç evimiz də yoxdur. 4 uşağım var, çıxmışam ki, nə isə gəlirim olsun. Dünən xəbərdarlıq ediblər, bu gün gəldim, artıq heç nə yoxdur. Bazarda piştaxtaya görə çox pul tələb edirlər. Nə satacağam ki, bu pulu ödəyim. Pandemiya vaxtı da oldu, onda 10 gün vaxt vermişdilər. İndi birdən-birə gəldilər, malı apardılar”, - Oksana Hüseynova bildirdi.


 

Print Email
FaceBook Twitter Google