İrakli Qaribaşvili Ursula fon der Leyenlə görüşüb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.

Qaribaşvili islahatların həyata keçirilməsi prosesində Gürcüstana köməyə görə Avropa Komissiyasının sədrinə, Avropa Komissiyasına təşəkkür edib.

“Ursula fon der Leyen ilə Avropa qitəsində təhlükəsizliyin gələcəyi ilə bağlı çox məhsuldar görüş keçirdim.

Namizəd statusunun alınması üçün zəruri islahatların həyata keçirilməsi prosesində Gürcüstana kömək etdiyinə görə Avropa Komissiyasına təşəkkür etmək istərdim. Gürcüstan Avropanın gələcəyinə sadiqdir",
- baş nazir yazıb.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google