Gürcüstan Türkiyədən NATO standartlarına uyğun yeni zirehli transportyorlar alacaq
Gürcüstanın Müdafiə Qüvvələri NATO standartlarına uyğun yeni zirehli transportyorlar alacaq - Müdafiə Nazirliyi bildirir.

Bu gün, oktyabrın 7-də Müdafiə Nazirliyində Türkiyə zirehli transportyorlarının istehsalı şirkətinin nümayəndələrini qəbul ediblər.

Görüş çərçivəsində Gürcüstan Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “ASFAT” şirkəti arasında müqavilə imzalanıb ki, bunun əsasında yeni hündür relyefli zirehli transportyorlar alınacaq. Zirehli transportyorlar öz avadanlıqları və alt sistemləri ilə NATO standartlarına uyğundur.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gürcüstanın Müdafiə Qüvvələrinin sözügedən zirehli transportyorlarla təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək.

Mənbə: radiotavisupleba.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər