Qardabanili idmançı “Qardabaninin fəxri vətəndaşı” adına layiq görülüb
4 oktyabr tarixində Qardabani bələdiyyəsində keçirilən “Qardabnoba 2022” xalq bayramında idmançı Emil Xəlilov “Qardabaninin fəxri vətəndaşı” adına layiq görülüb. Emil Xəlilov “Qardabaninin fəxri vətəndaşı” adına layiq görülməsinin çox qürur verici bir hiss olduğunu deyir.

“Gürcüstan azərbaycanlısı olaraq həm Gürcüstanın həm də, Azərbaycanlıların adını ucaltmaq mənim üçün çox qürurverici bir hissdir. Məni bu mükafata laiq gördükləri üçün Qardabani bələdiyyəsinə öz dərin təşəkkürümü bildirirəm”, – Emil Xəlilov dedi.

Onu da əlavə edək ki, “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu da “Qardabaninin fəxri vətəndaşı” adına layiq görülüb.

"Marneuli" Radiosu
Print