Marneuli yerli özünüidarəsi 12 kənddə yolların çəkilməsi və
körpülərin tikintisi üçün lazımi smeta sənədlərini almaq üçün
tender elan edib.
Marneuli meriyası yerli əhəmiyyət daşıyan avtomobil yolları və
körpünün tikinti-bərpa işləri üçün lazımi smeta sənədlərinin tərtib
edilməsi xidmətinin alınmasına 153 966 lari xərcləməyi
planlaşdırır.
Meriyanın alqı-satqısı üçün tender elan etdiyi layihələri sizə
təqdim edirik:
- Sadaxlı və Xocorni kəndinin daxili yollarının bərpası –
layihənin təxmini dəyəri 1 200 000 lari.
- Sadaxlıda olan körpünün bərpası – layihənin təxmini
dəyəri 150 000 lari.
- Ambarovka kəndində daxili yollara asfalt qatının
çəkilməsi – layihənin təxmini dəyəri 450 000 lari
- Dəmyə-Görarxı kənd ictimai məktəbinə gedən yola asfalt
qatının çəkilməsi – layihənin təxmini dəyəri 350 000
lari.
- Şulaveri kəndində MTS ərazisində daxili yollara asfalt
qatının çəkilməsi – layihənin təxmini dəyəri 700 000
lari.
- Metsamula kəndində gedən yola asfalt qatının çəkilməsi
– layihənin təxmini dəyəri 400 000 lari.
- Tsereteli kənd yeni məhəllənin yoluna asfalt qatının
çəkilməsi – layihənin təxmini dəyəri 650 000 lari
- Saimerlo kənd küçələrinə asfalt qatının çəkilməsi –
layihənin təxmini dəyəri 400 000 lari.
- Dioqnisi kəndinin daxili yollarına asfalt qatının
çəkilməsi (tam 2 mərhələ) – layihənin təxmini dəyəri 850 000
lari.
- Kürtlər kənd daxili yollarına asfalt qatının çəkilməsi
– layihənin təxmini dəyəri 500 000 lari
- Lejbəddin kənd daxili yollarına asfalt qatının
çəkilməsi – layihənin təxmini dəyəri 500 000 lari.
Marneuli bələdiyyəsi tərəfindən 12 kənddə elan edilmiş yol və
körpünün tikintisi üçün lazımi smeta sənədlərinin tərtib edilməsi
ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 15 oktyabrdan 18
oktyabra qədər olan dövrdə təkliflərini təqdim edə bilərlər.