Pərviz Şahbazov Gürcüstana səfər edib
Bu gün energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə qonıu ölkənin paytaxtı Tbilisiyə səfər edib.


Bu barədə Enegetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google