Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Bayram münasibətilə ölkədə qeyri-iş günüdür.
Üzərində aypara və səkkiz guşəli ulduz olan üçrəngli bayraq 1918-ci
ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
tərəfindən dövlət rəmzi kimi təsdiq edilib.
Bu bayraq 1920-ci il aprelin 28-nə qədər qüvvədə olub, həmin
tarixdə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilib.
1980-ci illərin sonu - 1990-cı illərin başlanğıcında milli-azadlıq
mübarizəsi nəticəsində 1991-ci il fevralın 5-də Azərbaycan Ali
Şurası üçrəngli bayrağı respublikanın rəmzi kimi bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli
fərmanına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə
noyabrın 9-u hər il "Dövlət Bayrağı Günü" kimi qeyd olunur.
2010-cu ildə Bakı buxtasının cənub-qərb sahilində bayraq dirəyinin
yüksəkliyi 162 m olan Bayraq Meydanı açılıb. Oradaca Bayraq Muzeyi
yaradılıb.
Mənbə: turan.az