NATO-nun 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək
sammitinin vaxtı açıqlanıb.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.
"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO dövlət
və hökumət başçılarının növbəti görüşü 2023-cü il iyulun 11-12-də
Vilnüsdə keçiriləcək. Biz Soyuq Müharibədən bəri ən mürəkkəb və
gözlənilməz təhlükəsizlik mühiti ilə üz-üzəyik. Vilnüsdəki görüş
müttəfiq ölkələrin dövlət və hökumət başçıları üçün bizim
çəkindirmə və müdafiə gücümüzü gücləndirmək və müdafiə xərclərinin
əhəmiyyətli dərəcədə artırılmasını nəzərdən keçirmək, həmçinin
Ukraynaya dəstəyimizi davam etdirmək üçün gələcək addımları
razılaşdırmaq üçün bir fürsət olacaq. Strateji rəqabətin artdığı
bir dövrdə NATO-da Avropa və Şimali Amerika arasında transatlantik
əlaqə bir milyard vətəndaşımızın təhlükəsizliyi üçün
vacibdir", – Stoltenberq vurğulayıb.