Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili
zəhərlənib.
Bu barədə onun vəkili Valeri Gelbaxiani "Mtavari" tv-yə
açıqlamasında bildirib. Onun sözlərinə görə, sabiq Prezidenti
müayinə edən xarici ekspertlər onun zəhərlənməsi qənaətinə
gəliblər.
Vəkili uzun müddətdir ki, Saakaşvilidə zəhərlənmə əlamətlərinin
olduğunu bildirib.
O, zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair
araşdırmaların davam etdiyini və bu barədə 2 gün sonra keçiriləcək
brifinqdə detallı məlumat veriləcəyini bildirib.
Vəkili Saakaşvilinin səhhətindəki bütün xəstəliklərin zəhərlənmədən
qaynaqlana biləcəyini vurğulayıb.
"Mixeil Saakaşvilinin keçirdiyi bütün xəstəliklər bu zəhərlənmə
nəticəsində yarana bilər. Onun özü də uzun müddətdir ki,
zəhərləndiyindən şübhələnirdi. Əks halda, onun xəstəlikləri bu cür
inkişaf etməzdi", - deyə Valeri Gelbaxiani
bildirib.